+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR bu il 364 min ton dizel yanacağı ixrac edib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin avqust ayında 15 min 332 ton dizel yanacağı, 118 ton soba mazutu, 2 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 811 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 595 ton maye piroliz qətranı, 3 min 990 ton propilen və 4 min 639 ton butilen butadien fraksiyası ixrac etmişdir.
Ümumilikdə, 2017-ci ilin yanvar-avqust ayları ərzində 363 min 512 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 244 ton yüksək təzyiqli polietilen, 8 min 217 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 873 ton maye piroliz qətranı, 28 min 653 ton propilen və 21 min 17 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2017-ci ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 548,55 ABŞ dolları, təyyarə yanacağının – 505,99 dollar, dizel yanacağının – 460,64 dollar, 1 faizli kükürdlü mazutun – 296,72 dollar, yüksək təzyiqli polietilenin – 1190 dollar, butilen butadien fraksiyasının – 557,73 dollar, maye piroliz qətranının – 548,55 dollar, propilenin qiyməti – 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1390 avro təşkil etmişdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram