+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR-ın yanacaqdoldurma məntəqəsində avtomobillərin diaqnostika köşkü quraşdırılıb

Azərbaycanın gənc startup-ı “CarDoctor” öz fəaliyyətinin davamı olaraq
“SOCAR PETROLEUM” QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim etmişdir. Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobillərin diaqnostika kiosku fəaliyyətə başlamışdır.

İlk kiosk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində nəqliyyat vasitələri sahiblərinin istifadəsinə verilmişdir.

Bu pilot layihə əsasında diaqnostika kiosku gələcəkdə SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində quraşdırılaraq sürücülərin istifadəsinə verəcəkdir.

Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulmuşdur. Kiosk hal-hazırda nağd pul qəbul edir, lakin gələcəkdə  kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaqdır. Eyni zamanda kiosklar nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə təchiz olunacaq.

Kiosk vasitəsilə avtomobillərdə ortaya çıxacaq texniki nasazlıqların yerindəcə sürücülərə təqdim olunması və nəqliyyat vasitələri sahiblərinin rahat şəkildə öz yollarına davam etmələri  mümkün olacaqdır. Belə ki, avtomobildə ortaya çıxacaq olan texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır.

Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilmişdir.
Lakin, bu ilin sonuna qədər xidməti test etmək istəyən sürücülərə 50 faizlik endirim təqdim olunur.

Yeniliyin ilk dəfə Azərbaycanda tətbiq olunduğunu nəzərə alaraq, terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ və Almaniyadan olan iş adamlarının da  marağına səbəb olmuşdur.

“SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində quraşdırılmış avtodiaqnostika terminalının texniki xarakteristikaları, istifadə qaydaları və digər əlavə məlumatları www.cardoctor.az internet səhifəsindən əldə etmək mümkündür.

Facebook
Facebook
YouTube
YouTube
Instagram