+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR”-ın yanacaqdoldurma şəbəkəsində QR-ödəniş xidməti tətbiq edildi

“SOCAR PETROLEUM” QSC, “E-PUL” ödəmə xidməti və “VİSA”-nın birgə layihəsi çərçivəsində “SOCAR” brendinə məxsus bütün yanacaqdoldurma məntəqələrində “QR kod” əsasında təmassız ödəniş xidmətinin tətbiqinə başlanıldı. Bu yeni ödəmə xidməti vasitəsilə müştərilər “E-PUL” mobil əlavəsini öz smartfonlarına yükləyərək SOCAR-ın yanacaqdoldurma şəbəkəsində QR kodla təhlükəsiz və təmassız ödəniş etməklə yanacaq əldə edə biləcəklər. Ödəniş edərkən avtomobildən çıxmağa ehtiyac qalmayacaq. Beləliklə COVİD-19 pandemiyası dövründə xüsusi əhəmiyyəti olan QR kodla təmassız ödəniş şəraiti SOCAR-ın yanacaqdoldurma şəbəkəsinin müştəriləri üçün artıq yaradılmışdır.

“Nağdsız ödəniş və fiziki kontaktların məhdudlaşdırılması bu günkü pərakəndə bazarlarının əsas tendensiyalarının tələblərini əks etdirən və innovativ olan QR-ödəmələr xidmətinin vacib xüsusiyyətləridir. “Visa” və “E-PUL” mobil əlavəsinin QR kodla ödənişlərin SOCAR-ın yanacaqdoldurma şəbəkəsində tətbiqi bizim müştərilər üçün yeni rahat və təhlükəsiz ödəmə şəraiti yaradacaq, müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına tövhə verəcək, bu isə SOCAR-ın prioriteti hesab olunur”, – qeyd etdi SOCAR PETROLEUM QSC-nin Baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev.

Bu layihə çərçivəsində “Visa” və “E-PUL” birlikdə 2020-ci ilin 14 dekabr tarixindən təşviqat kampaniyasına start verilir. Belə ki, SOCAR yanacaqdoldurma şəbəkəsində “E-PUL” mobil əlavəsindən və “VİSA” kartından istifadə edərək ilkin olaraq QR kodla ən azı 10 azn məbləğində ödəniş edən hər bir müştəri 5 azn məbləğində endirim əldə edəcək.

QR kod ödəmə xidmətindən istifadə etmək üçün aşağıdakı qeyd olunan şərtlərə əməl etmək lazımdır:

  • “E-PUL” əlavəsini Android və ya IOS üçün yükləmək;
  • Qeydiyyatdan keçib, “VİSA” kartını bu təhlükəsiz mobil əlavə vasitəsi ilə əlaqələndirmək;
  • Operator avtomobili doldurduqdan sonra, yanacaqdoldurma pompasının üzərində quraşdırılmış QR kodun skan edilməsi;
  • Mobil əlavədə alınan yanacağın dəyəri görsənməli;
  • Smartfondan ödəniş olunarkən məbləğ kart hesabından avtomatik olaraq silinəcək, ödəniş məlumatları “E-PUL” əlavəsinin tarixçəsində saxlanılacaq;
  • Kassa çeki operator tərəfindən müştəriyə təqdim ediləcəkdir.
Facebook
Facebook
YouTube
YouTube
Instagram