+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” Cəbrayılda yanacaqdoldurma stansiyası istifadəyə verib

“SOCAR PETROLEUM” Cəbrayılda yanacaqdoldurma stansiyası istifadəyə verib

İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə Şərqi Zəngəzurda “SOCAR” brendli növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. Modul tipli YDS Cəbrayıl rayonu Şükürbəyli kəndində yerləşir.

YDS Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və başlanğıcını Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolundan götürür.

“Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

Qeyd edək ki, yeni stansiya “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilən sayca 7-ci YDS-dir.

Hazırda Şuşa və Laçın şəhərləri, Ağdam, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Cəbrayıl rayonunda fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli 3-cü stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 6-ya, ümumilikdə isə ölkə ərazisində 53-ə çatdırılıb.

“SOCAR PETROELUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram