+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC-ə məxsus növbəti yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olmuşdur

    Bu gün Ziya Bünyadov prospektində “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendi altında fəaliyyət göstərən sayca 20-ci yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçilər və qonaqlar iştirak etmişlər.

    ARDNŞ-ın Prezidenti R. Abdullayev yanacaqdoldurma məntəqənin rəsmi açılışını bildirən rəmzi qırmızı lenti kəsmişdir. Daha sonra “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov tədbir iştirakçılarını yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə və eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış etmişdir. Belə ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar “ASAN” ödəniş terminalı və ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və avtomatika sistemi quraşdırılmışdır.

    Tədbirin sonunda ARDNŞ-ın Prezidenti Rövnəq Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə bir daha təbrik etmiş, əməkdaşlara uğurlar diləmişdir. R. Abdullayev əmin olduğunu bildirmişdir ki, öz növbəsində, “SOCAR PETROLEUM” QSC-nin əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.

Facebook
Facebook
YouTube
YouTube
Instagram