+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” yeni plastik hədiyyə kartlarının satışına başladı

“SOCAR PETROLEUM” QSC-nin informasiya və kommunikasiya texnologiyalarındakı inkişafı davam etməkdədir. Müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən “SOCAR PETROLEUM” QSC “Mi fare” texnologiyalı (kontaktsız, yəni POS-terminalsız kart satışının həyata keçirilməsi) xidmətini istifadəyə verdikdən sonra daha bir yeniliyə imza atıb. Belə ki, “SOCAR PETROLEUM” QSC hədiyyə kartlarının satışına başlayıb və müxtəlif yanacaq növlərini əldə etmək üçün bu hədiyyə kartlarının üstünlüklərindən faydalanmağı təklif edir. “SOCAR PETROLEUM” QSC-nin hədiyyə kartları əvvəlcədən ödənişlidir və yanacaq hədiyyə etmək imkanı yaradır.

Alıcıların rahatlığı üçün hədiyyə kartları 100, 200, 300, 500 və 1000 nominalda satışa təklif edilir. Hədiyyə kartları adsız sertifikatlıdır və kartı təqdim edən şəxs onun vasitəsilə “SOCAR” yanacaqdoldurma məntəqələrində nominala uyğun məbləğdə istənilən növ yanacaq əldə etmək imkanına sahib olur. Hədiyyə kartlarının balansını e-manat ödəmə terminallarında artıraraq istifadəsini davam etdirmək mümkündür.

Hədiyyə kartlarına sahib olmaq üçün müştərilər “SOCAR” yanacaqdoldurma məntəqələrinə və ya “SOCAR PETROLEUM” QSC-nin ofisinə müraciət edə bilərlər.

Facebook
Facebook
YouTube
YouTube
Instagram