+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada investisiya layihələrini uğurla davam etdirərək, yanacaqdoldurma şəbəkəsini ilbəil genişləndirir. Bu gün Buxarestdə “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

“SOCAR Petroleum” QSC “Report”-a istinadən xəbər verir.

Bununla da Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin ümumi sayı 33-ə çatıb.

Açılış mərasimində Rumıniya parlamentinin deputatları, Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirləri, Rumıniyada fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, ”SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən “SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov bildirib ki, Buxarest-Konstanta magistral yolu üzərində yerləşən yeni stansiyada təklif olunan yüksək keyfiyyətli məhsul və xidmətlərdən müştərilərin razı qalacağına əmindirlər. “Dizel Avro 5”, “Super Dizel Avro 5”, “Benzin 95” ve “Benzin 98” tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 3 sayğac quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi mümkündür. Məntəqədə elektromobillərin enerji ilə təminatı, həmçinin “Roviniete” (yol vergisi) də daxil olmaqla, bir sıra ödənişlərin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb, eləcə də 24 saat ATM xidməti fəaliyyət göstərir. Müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təklif olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 16 regionunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram