+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR Trading” İranla əməkdaşlığı aktivləşdirmək niyyətindədir

SOCAR Trading” şirkəti İranla ticarət əlaqələrini yenidən aktivləşdirmək niyyətindədir. “SOCAR Petroleum” QSC Report-a istinadən verdiyi xəbərə görə, bu barədə “SOCAR Trading”in icraçı direktoru Arzu Əzimov bildirib.

“Tehrana qarşı sanksiyalara qədər İran Milli Neft Şirkəti (NIOC) ilə Xəzər regionunda aktiv əməkdaşlıq edirdik. Hazırda əməkdaşlığımızın kəşf olunmalı böyük potensialı var”, – deyə A.Əzimov qeyd edib.

O əlavə edib ki, bu imkanlara İranla neft məhsullarının ticarəti də daxildir: “Neft məhsulları sahəsində İranla Körfəzdə ticarət edə bilərik. Bizim Birləşmiş Ərəb Əmirliklərindəki Fuceyra terminalında anbarımız var”.

Onun sözlərinə görə, digər variant isə İrana benzin tədarük etmək və nafta və mayeləşdirilmiş neft qazı (LPG) almaq olub.

Facebook
Facebook
YouTube
YouTube
Instagram