+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR Turkey Energy”yə yeni baş direktor təyin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov “SOCAR Turkey Energy” şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə “SOCAR Turkey Energy”nin baş direktoru təyin edilib.

“SOCAR PETROLEUM” QSC report.az-a istinadən bildirir ki, Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən “Petkim Holding” və “SOCAR Turkey Energy”nin baş icraçı direktoru (CEO) olan və tutduğu postdan istefa verən Kənan Yavuzu əvəz edəcək.

“SOCAR Turkey Energy”dən “Report”a bildirilib ki, İdarə Heyətinin sədri Vaqif Əliyev K.Yavuza “SOCAR Turkey Energy” şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzulayıb: “Kənan Yavuz fəaliyyəti ərzində “SOCAR Turkey” şirkətinə xidmət edib, onun rəhbərliyi altında şirkət önəmli uğurlara imza atıb. O, CEO fəaliyyəti ərzində həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılması, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz şirkətlər qrupumuzdakı İdarə Heyətinin üzvlüyünü davam etdirəcək”.

V.Əliyev Z.Qəhrəmanovun 8 ildən artıq müddətdə SOCAR tərkibində çox önəmli vəzifələr icra etdiyini xatırladaraq, onun beynəlxalq rəqabətçiliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsinə ciddi töhfələr verərək tutduğu vəzifələri uğurla icra etdiyini vurğulayıb.

“Ona yeni baş direktorluq vəzifəsində uğurlar arzu edirəm. Əminəm ki, “SOCAR Turkey” şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı gücünə əlavə dəyər qatacaq”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.

Facebook
Facebook
YouTube
YouTube
Instagram