+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “SOCAR PETROLEUM” QSC tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “SOCAR PETROLEUM” QSC tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada “SOCAR PETROLEUM”un rəhbər şəxsləri və bir qrup əməkdaşı iştirak edib.

Aksiya çərçivəsində paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində 150 ədəd zeytun ağacı əkilib.

Ağacəkmə aksiyasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşdığı, paytaxtla yanaşı, regionlarda da yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğısının bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, bu növ ağacəkmə tədbirləri ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına dəstək vermək, eləcə də insanların ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməyə xidmət edir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram