+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

22-26 may tarixlərində mini futbol turniri keçirilmişdir

Ölkədə idman ənənələrinin inkişafı dövlətin dünya miqyasında müsbət imicinin formalaşdırılmasında əhəmiyyətli atributlardan biridir. Bu səbəbdən də hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri də, ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir. Eyni zamanda, gənc nəslin fiziki cəhətdən sağlam və güclü olması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi, zərərli vərdişlərin qarşısının alınması, gənclərin əməyə və Vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idman hazırki dövrdə günün aktual tələblərindən birinə çevrilib.
Bu baxımdan da idmanın, xüsusilə də futbolun inkişafına töhfə vermək məqsədilə Neft, Qaz və Kimya Sənayesi İşçilərinin 28 may Respublika gününə həsr olunmuş 22-26 may tarixlərində mini futbol turniri keçirilmişdir. “SOCAR PETROLEUM” QSC-nin komandası mini futbol turnirinin üçüncü pilləsində qərarlaşıb.

Facebook
Facebook
YouTube
YouTube
Instagram