+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb

Qeyri-adi memarlığına görə dünyanın ən yaxşı 10 yanacaqdoldurma stansiyasının siyahısı tərtib edilib.
“SOCAR PETROLEUM” QSC “Report”-a istinadən xəbər verir ki, SOCAR-ın Batumidəki (Gürcüstan) “McDonalds” restoranının filialı yanında yerləşən yanacaqdoldurma məntəqəsi bu siyahıda üçüncü yerdə qərarlaşıb.
Bu bina 2013-cü ildə inşa olunub. Binanın memarı gürcü memar Georgi Xmaladzedir. Bu bina memarlığına görə bir neçə dəfə mükafat alıb.
Siyahıda Gürcüstanın Qori şəhəri yaxınlığında, magistral yolda yerləşən yanacaqdoldurma stansiyası da yer alıb. “Wissol” şirkətinə məxsus bu stansiya siyahıda 9-cu yerdədir. Bu bina qeyri-adi memarlığı ilə məşhurdur. Layihənin müəllifi alman memar Yurgen Mayerdir.
Dizaynına görə ən yaxşı yanacaqdoldurma stansiyaları siyahısında birinci yerdə Finlandiyadakı “Rest Area Niemenharju”, ikincidə isə ABŞ-dakı “POPS Arcadia Route” stansiyaları qərarlaşıb.

Facebook
Facebook
YouTube
YouTube
Instagram