+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR 2015-ci ildə 965,7 min tondan çox dizel yanacağı ixrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsi 2015-ci ilin dekabrında 91 min 315 ton dizel yanacağı, 8 min 52 ton təyyarə yanacağı, 8 min 598 ton yüksək təzyiqli polietilen, 1294 ton m1452006883843929091_1000x669ütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə ümumilikdə 965 min 788 ton dizel yanacağı, 236 min 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 min 598 yon yüksək təzyiqli polietilen, 1294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac olunub. 2015-ci ilin dekabrında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 437,45 dollar, təyyarə yanacağının qiyməti – 362,95 dollar, dizel yanacağının qiyməti – 328,74 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 164,85 dollar təşkil edib.

Bu barədə məlumatı azertag.az saytı yayımlayıb.

Facebook
Facebook
YouTube
YouTube
Instagram