+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

İtkin düşən neftçilərdən daha iki nəfərinin cəsədi tapılmışdır

Dekabrın 4-dpublika.az1449248131Shahdenizə təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilmiş, bu haqda Azərbaycan tərəfinə məlumat verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşmüşdür.

Orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ”Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

 

Facebook
Facebook
YouTube
YouTube
Instagram