+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

ABŞ-da avtomobil mövsümünün açılması benzinə tələbi artıracaq

ABŞ-da mayın 29-da “Xatirə günü” bayramı rəsmi olaraq avtomobil səyahəti mövsümü açılıb.

“SOCAR PETROLEUM” QSC Report-a istinadən xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) bayramdan əvvəl verdiyi proqnozlarına görə, həmin gün 39,3 mln. amerikalı öz evindən ən az 80 km. məsafədə səyahətə çıxacaq. Bu proqnoz-göstərici 2005-ci ildən etibarən ən yüksək hədd hesab olunur.

Avstraliyanın ANZ bankının analitiklərinə görə, avtomobil mövsümünün başlaması neft bazarında inamı artıracaq: “Nəticədə neft ehtiyatlarının yaxın həftələrdə azalması gözlənilir”.

“Report”un analitik qrupu hesab edir ki, ABŞ-da aktiv neft quyularının və gündəlik hasilatın artması neftin qiymətini azaltsa da yay aylarında ABŞ-da neft və benzin ehtiyatlarında geriləmə ehtimalları qiymətləri bu səviyyədə sabitləşdirəcək. Hətta neftin qiymətinin bir qədər yüksəlməsi və 55 dollar/barelə çatması proqnozlaşdırılır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram