+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır.

1 iyun 1998-ci ildə Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Təsadüfi deyil ki, azərbaycanlıların ailələri çoxuşaqlı olurlar. Bu, sadəcə onunla əlaqədardır ki, azərbaycanlılar – qadınlar da, kişilər də uşağı çox sevirlər, onlara çox məhəbbətləri vardır. Bilirsiniz, gərək hər bir valideyn uşağına və təkcə öz uşağına yox, ümumiyyətlə, uşaqlara qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etsin və ona riayət etsin, yerinə yetirsin.”

“SOCAR PETROLEUM” QSC Azərbaycanın bütün uşaqlarını Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, hamınıza şən həyat, xoşbəxt gələcək arzulayır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram