+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR Neft Emalı Zavodunda yeni qurğu istifadəyə verib

“SOCAR PETROLEUM” QSC “İki Sahil”ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri iştirak ediblər.
İyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişlər. İlk olaraq tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün üzərinə tər çiçək dəstələri düzmüşlər.
Susoyutma qurğusuna gələn SOCAR prezidenti yeni qurğunun istismara verilməsi münasibəti ilə Zavodun kollektivini təbrik etmişdir. Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər qurğuya baxış keçirmiş, onun iş rejimi ilə tanış olmuşlar. Bildirilmişdir ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2015-ci ildən etibarən tikilən susoyutma qurğusunun baza layihəsi Zavodla Fransanın “HAMON THERMAL EUROPE” firması, texnoloji qurğulara ötürülən təmizlənmiş və soyuq su xətlərinin çəkilişi layihəsi isə “Neftqazelmitədqiqatlayihə“ İnstitutu tərəfindən işlənilmişdir. Qurğunun dövr etdirilən suya görə məhsuldarlığı saatda 7000 kubmetrdir. Qurğunun istismara buraxılması texnoloji qurğuların soyutma suyu ilə fasiləsiz və daha etibarlı təminatına imkan verəcək, kənar mənbələrdən suyun alınması asılılığı aradan qaldırılacaq, qurğulardan qayıdan dövrü su 45ºC temperaturdan 32ºC temperatura qədər soyudularaq təkrarən dövriyyəyə qaytarılacaqdır. İsti yay aylarında qurğuların fasiləsiz su ilə təmin edilməsi alınan neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, eləcə də itkilərin azaldılmasına imkan yaradacaqdır. Qurğu eyni funksiyalı iki bölmədən ibarətdir və bölmələrin hər biri sərbəst işləyə bilir. Soyudulmuş suyun qurğulara verilməsi xətlərində təzyiqin, temperaturun və sərfin ölçülməsi üçün nəzarət-ölçü və avtomatika cihazları quraşdırılıb. Qurğuda su itkisinin kompensasiya olunması məqsədi ilə Ceyranbatan sistemindən əlavə xətlər, habelə elektrik enerjisi ilə təminatın gücləndirilməsi üçün ərazidə inşa edilmiş yeni elektrik yarımstansiyasından yeraltı və yerüstü gərginlik xətləri çəkilmişdir. Susoyutma qurğusunun yanğınsöndürmə sistemi üçün hər birinin gücü saatda 130 kubmetr olan 2 (1 işçi, 1 ehtiyat) nasos quraşdırılmış, işçi heyəti üçün operator otağı inşa edilmişdir.
Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər illik məhsuldarlığı 779840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusunda aparılan yenidənqurma işləri ilə tanış olmuşlar. Baxış zamanı SOCAR prezidentinə məruzə edilmişdir ki, 54 nömrəli regenerasiya qurğusunda aparılan modernizasiya işlərindən sonra “Azərkimya” İstehsalat Birliyinə nəql olunan quru qazın keyfiyyəti yaxşılaşdırılmış, eləcə də ildə 6000 ton kaustik sodaya qənaət olunmuşdur. Qurğunun quru qazın təmizlənməsi bölməsində metil-dietanol amin məhlulu hidrogen sulfidlə doyandan sonra regenerasiya olunaraq yenidən təmizlənmə prosesinə qaytarılır. Proses demək olar ki, metil-dietanol amin məhlulunun itkisi olmadan və ətraf mühitə zərər vermədən davam etdirilir.
Sonda SOCAR rəhbərliyi 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusuna baxış keçirmişdir. Burada qeyd olunmuşdur ki, qurğuda mövcud nəzarət-ölçü və avtomatika cihazları ən müasir EXPERİON PKS tipli yeni avtomatik idarəetmə sistemi ilə əvəz edilmişdir. Bu sistem idarəetmədə insan faktorunu minimuma endirməklə yanaşı, qurğunun istismarı zamanı təhlükəsizliyin tam təminatına da imkan yaradır, istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə müsbət təsini göstərir.
Zavodda aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən razılığını bildirən SOCAR prezidenti Rövnəq Abdullayev yeni istehsalat obyektlərinin istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirmiş, qurğuların Zavodun fəaliyyətində, emalçıların iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram