+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Arzu Əzimov: “SOCAR brendi tam inkişaf dövrünü yaşayır”

“SOCAR Trading” şirkətinin icraçı direktoru Arzu Əzimov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Fransada keçirilən Futbol üzrə Avropa Çempionatına (Avro-2016) sponsorluq etməsi ilə bağlı Cenevrə İqtisadi və Maliyyə Agentliyinə müsahibə verib.

Bu barədə report.az xəbər yayıb.

– “SOCAR Trading” Avropa çempionatı zamanı SOCAR qrupunun bu cür reklam kampaniyasından faydalana bilirmi?

– SOCAR brendi tam inkişaf dövrünü yaşayır. Bu, ictimai imic kampaniyasıdır və öz təsirini “SOCAR Trading”dən də kənara çıxarır. Yeni tərəflərlə danışıqlarımız zamanı bu bizə çox kömək edir. Bu imic kampaniyası bizim hərtərəfli xeyirimizədir.

– Sizin Cenevrədəki həmkarlarınızın SOCAR loqosunun “Avro-2016” stadionlarında vurulmasına reaksiyası necə olub?

– Mən bizim Cenevrə, London və Bakıdakı ofislərimizdə çalışan əməkdaşlarımızdan çoxlu sayda zənglər və məktublar alıram. Onların hamısı Avropanın müəyyən mədəniyyət, idman və təhsil sahəsindəki təşəbbüsləri dəstəkləyən SOCAR qrupunda çalışdıqları ilə fəxr edirlər. Sosial mediadakı reaksiya, “Facebook” vasitəsi ilə paylaşılan şəkillər SOCAR əməkdaşlarının qürur hissini ifadə edir.

– İnsan resursları baxımından SOCAR-ın Avropa Çempionatında iştirak etməsi sizin komandanı motivasiya edirmi?

– Şübhəsiz. Futbol çox populyardır və bütün dünyada birləşdirici bir qüvvədir, insanların bir araya gəlməsinə şərait yaradır. Bu sponsorluq, həmçinin əməkdaşlarımız arasında ünsiyyəti gücləndirir.

– SOCAR ilə UEFA arasında əldə olunmuş bu razılığın maliyyə dəyəri nə qədərdir?

– Bu məbləğ açıqlanmır. Bundan başqa, “SOCAR Trading” 2013-cü ilin mayında SOCAR ilə UEFA arasında imzalanmış sponsorluq müqaviləsinin maliyyələşdirməsində iştirak etmir.

SOCAR-ın rəhbərliyində böyük futbol həvəskarları var və bu illər ərzində idmana böyük dəstək göstəriblər. Azərbaycanda futbol artıq 10 ildir ki, dövlət tərəfindən dəstəklənir. Azərbaycan vətəndaşları da stadionlardakı imic reklamı ilə fəxr edir, idman vasitəsilə öz ölkələrinin dünyaya inteqrasiyasını hiss edirlər.

– İsveçrəni istisna etsək, SOCAR geniş ictimaiyyət tərəfindən az tanınır. Bu ölkədə “ExxonMobil” ilə 2011-ci ildə imzalanmış müqavilə ilə SOCAR 170- dən çox “Esso Switzerland” yanacaqdoldurma məntəqəsi alıb.

– Şirkət həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və Rumıniyada yanacaqdoldurma məntəqələrinə sahibdir. Bununla yanaşı, digər potensial imkanlar dəyərləndirilir. “SOCAR Energy” şirkətinin İsveçrədə nəzarət etdiyi xidmət stansiyaları şəbəkəsi bizim uzaqgörənliyimizə böyük töhfələr verib. Eyni ilə, Montrö Festivalının sponsorluğu kimi.

Şirkətin xaricdə aktivlərinin olması amili SOCAR-ı bilavasitə BP və ya “Shell” kimi böyük oyunçularla eyni cərgəyə çıxarır. Hətta bu aktivlər “SOCAR Trading”in balansında əks olunmasa da, onlar güclü brend imici haqqında xəbər verir və beləliklə, yeni qapılar açmağa imkanlar yaradır.

– Sizcə, Avropa və bütün dünyada məşhur olmadığı halda SOCAR-ın geniş ictimaiyyətə yönəlmiş bir təbliğat kampaniyasını maliyyələşdirməsi paradoksal deyilmi?

– Əksinə. Bu kampaniya bizim beynəlxalq iddialarımızı nümayiş etdirir. SOCAR dünyada öz yerini möhkəmləndirir. Biz hazırda neft və neft məhsulları ilə ticarət əməliyyatlarının aparılması, həm də Latın Amerikası ilə əlaqələrin qurulması məqsədi ilə Kanada (Kalqari) və ABŞ-da (Hyuston) iki regional filial açmışıq. Sinqapurdakı filialımızın işini gücləndiririk. Avropada enerji tədarükçüsü kimi müştəri şəbəkəsini inkişaf etdirir və bununla da əhatə dairəmizi genişləndiririk. Bizim üçüncü tərəflərlə ticarət əlaqələrimiz “SOCAR Trading”in məcmu gəlirinin 85%-ni təşkil edir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram