+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

CNG avadanlığı quraşdıranlar üçün sərfəli daxili kredit imkanı

Sıxılmış təbii qaz (“compressed natural gas” və ya “CNG”) avadanlığının nəqliyyat vasitələrinə quraşdırılması sahəsində fəaliyyat göstərən “CNG AUTOGAS” MMC xidmətlərinin göstərilməsini daxili kredit şərti ilə başlayır. İlkin ödənişsiz müddəti 12 ayadək olan daxili kredit şərti ilə CNG avadanlığının quraşdırılması sürücülər üçün əla fürsətdir ki, CNG yanacağının sərfəli olduğundan və ilkin olaraq xərc tələb olunmadığından artıq birinci aydan sürücüyə qənaət yarada bilir. Hazırda CNG avadanlığını bu daxili kreditlə quraşdırılmasını istəyən vətəndaşın Bakı və ya Bakı ətrafı qəsəbələrdə qeydiyyatı olması, nəqliyyat vasitəsinin texniki şəhadətnamə ilə öz adına olması və ya notarial qaydada təsdiq edilmiş baş etibarnamə ilə sürücülük hüququ olmalıdlr. Qeyd edək ki, CNG AVRO-6 ekoloji standartın tələblərinə tam uyğun olmaqla hazırda geniş istifadədə olan yanacaqların sırasında dayanan ekoloji təmiz və ən təhlükəsiz mühərrik yanacağıdır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram