+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Noyabr ayının 25-də, Yevlax-Zaqatala yolu istiqaməti, Şəki şəhərinin sonuncu kəndi sayılan Çayqaraqoyunlu kəndi ərazisində “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

Tədbirdə “SOCAR PETROLEUM”un baş direktoru Toğrul Seyidov, QSC-nin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov kollektivə SOCAR prezidenti cənab Rövnəq Abdullayevin salamlarını çatdırdı. Baş direktor diqqətə çatdırdı ki, “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana uyğun olaraq “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı ölkənin digər müxtəlif bölgələrində də yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması üçün var gücü ilə çalışır. Məqsədimiz istehlakçıları daim standartın bütün tələblərinə uyğun olan yanacaqla təmin etməkdir.  

 “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti 2008-ci ildən ölkə ərazisində SOCAR brendli yanacadoldurma məntəqələrinin inşası və istismarı işlərini həyata keçirir. Eyni zamanda Cəmiyyət ölkə ərazisində “super”, “premium”, “A92”, “dizel” “CNG” və “LPG” yanacaq növlərinin satışını aparır. Cəmiyyətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin dördünün ərazisində digər yanacaq növləri ilə yanaşı qiymət baxımından xeyli sərfəli olan sıxılmış təbii qaz yanacağı da istehlakçılara təklif olunur. Bundan başqa Zığ-Hövsan yolunda sıxılmış təbii qaz (STQ) doldurma məntəqəsi fəaliyyət göstərir ki, burada ancaq STQ yanacağının satışı fasiləsiz olaraq təmin edilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram