+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Futbol üzrə Avropa Kuboklarında SOCAR və UEFA tərəfdaşlığı

SOCAR son illərdə özünü Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərinə davamlı dəstək verən bir şirkət kimi tanıtmışdır. Şirkətin marketinq tədbirləri, bir qayda olaraq, onun biznes layihələri ilə yanaşı həyata keçirilir və yeni bazarları kəşf etmək üçün effektli vasitə kimi tətbiq olunur. Ölkə daxilində, eləcə də xaricdə SOCAR-ın marketinq tədbirlərinin əsas məqsədi gəlirlərimizi və Azərbaycanın dövlət büdcəsinə ödənilən vəsaitləri artırmaq, xalqımızın uzunmüddətli rifahını təmin etməkdir.SOCAR-ın ölkə daxilində planlaşdırdığı nəhəng sənaye layihələri gələcək nəsillərin işlə təmin olunmasına töhfə verəcəksə, hazırda xarici bazarları da kəşf etməklə şirkət gəlirlərini artırmağa və dayanıqlılığını təmin etməyə davam edir. Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə və Ukraynada xarici investorların ön sırasında yer alan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti böyük uğurlara imza atmışdır. Boston Consulting Group və Akyatırım kimi müstəqil şirkətlərin apardığı təhlillər SOCAR-ın xarici sərmayələrinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir.

Son illərdə SOCAR-ın fəaliyyətinin böyük hissəsi xarici ölkələrlə bağlıdır, bununla əlaqədar olaraq, müvafiq marketinq tədbirləri də beynəlxalq miqyasda keçirilir. Bu səbəbdən Beynəlxalq Cüdo Federasiyası və Avropa Futbol Federasiyaları İttifaqı ilə tərəfdaşlıq sazişləri imzalanmışdır. UEFA ilə imzalanan sazişə əsasən, SOCAR Azərbaycanda futbol üzrə keçirilən UEFA U-17 Avropa Kuboku və Fransada keçirilən UEFA Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir. Bu tədbirlər yüz milyonlarla futbolsevərlərə, o cümlədən Azərbaycandakı futbol azarkeşlərinə sevinc bəxş etməklə yanaşı, ölkəmizi və SOCAR-ı dünyaya tanıtmaq, nəhayət, biznes fəaliyyətimizə təkan vermək üçün effektli bir platformadır.

5-21 may tarixlərində Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa Futbol Kuboku oyunlarına biletlər SOCAR işçiləri üçün şirkət tərəfindən hədiyyə edilir. 10 iyun – 10 iyul tarixlərində Fransada keçiriləcək Avropa Çempionatı oyunlarına birlikdə baxmaq üçün SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq. SOCAR əməkdaşları ilə yanaşı bütün azərbaycanlı futbolsevərlər birgə tamaşa zonasında futbol bayramının sevincinə qatılmağa dəvət olunurlar.

Facebook
Facebook
YouTube
YouTube
Instagram