+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR-da Avropa çempionatında komanda hesabında bürünc medal qazanmış cüdoçularla görüş keçirilmişdir

Mayın 2-də SOCAR-ın Baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında uğur qazanmış cüdoçular və onların məşqçiləri ilə görüşmüşdür.

“SOCAR PETROLEUM” QSC SOCAR-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibət ilə təbrik etmiş, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirmişdir. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən Federasiya prezidenti 6-9 may tarixlərində Bakıda keçiriləcək Qran-pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini demişdir. Rio-de Jeneyroda keçiriləcək olimpiadaya 6 lisenziyanın qazanılması növbəti yarışlarda 7-ci lisenziyanın qazanılacağına böyük ümüdlər yaradır. R.Abdullayev çıxışının sonunda tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibəti ilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik etmişdir.

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher və federasiyanın vitse-prezidenti Sadıq Sadıqov komanda üzvləri adından idmançılara yaradılmış şəraitə görə təşəkkür etmiş, Bakı Qran-Prisində daha yüksək nəticələrlə idmansevərləri sevindirmək əzmində olduqlarını vurğulamışlar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti möhtərəm İlham Əliyev cənablarına idmana və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Sonda idmançılara hədiyyələr təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram