+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC Dövlət Yol Polisi ilə birgə xanım sürücülər üçün aksiya keçirmişdir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirilir. Bununla əlaqədar olaraq 08 mart 2017-ci il tarixində “8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar olaraq
“SOCAR PETROLEUM” QSC həmin aksiyada iştirak etmişdir. Paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunaraq saxlanılan xanım sürücülər mükafatlandırılmışdır. Aksiya çərçivəsində “SOCAR PETROLEUM” QSC tərəfindən xanım sürücülərə hədiyyələr təqdim edilmişdir. Paytaxt Bakının müxtəlif küçə və prospektlərində saxlanılan zərif cinsin nümayəndələrinə “SOCAR PETROLEUM” QSC tərəfindən 20 manatlıq yanacaq kuponu təqdim edilərək “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumatlar verilmişdir. “SOCAR PETROLEUM” QSC-nin rəhbərliyi və kollektivi bütün Azərbaycan xanımlarını təbrik edir, həmişə gözəl və təravətli qalmalarını arzulayır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram