+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Xocalı şəhidlərinin xatirəsi ehtiramla anılıb

     “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.  Cəmiyyətin rəhbərliyi və əmək kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir “SOCAR PETROLEUM” QSC-nin konfrans zalında davam etdirilib.  Anım mərasimində bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı dövlət səviyyəsində tədbirlər planının hazırlanaraq həyata keçirilməsinin təmin edilməsini tapşırıb. Prezident sərəncamına uyğun olaraq bu günlərdə ölkəmizin hər yerində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunur. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq keçmiş sovet ordusunun tör-töküntələrindən ibarət  366-cı motoatıcı diviziyzanın köməyilə  Xocalı şəhərinə  ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

“SOCAR PETROLEUM” QSC-nin hüquq şöbəsinin rəisi Amil Ələskərov,  personal və əməkhaqqı şöbəsinin rəisi Asif Şirinov məruzə ilə çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətli anlarından söhbət açıblar.  “SOCAR PETROLEUM” QSC-nin əməkdaşları Çinarə Abbaslı, Kəmalə Hacıyeva və Aygün Əsədova çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu soyqırımın dünya miqyasında tanıdılması üçün davamlı işlərin aparılmasından bəhs ediblər. Bütün çıxışlarda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunub.

Sonda Xocalı faciəsinin tükürpədici anlarından bəhs edən sənədli film nümayiş etdirilib.

Facebook
Facebook
YouTube
YouTube
Instagram