+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

“SOCAR PETROLEUM” QSC azərtaca-a istinadən bildirir ki, ekspertlərin rəyinə əsasən, cəsəd “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) 10 nömrəli dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğluna aiddir. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbir diləyirik.

Dekabrın 4-də “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram