+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Tender elanı

“SOCAR PETROLEUM” QSC

Hazırda fəaliyyət göstərən və yeni tikiləcək YDM-lərin vaxtı-vaxtında yanacağa olan tələbatını təmin etmək məqsədi ilə yük avtomobili olan yəhərli dartıcı üçün açıq satınalma müsabiqəsi (№ 004) elan edir.

 

          I.           Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (nümünə əlavə olunur);

İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) sürətləri;

Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

Müsabiqə təklifi

Müsabiqədə iştirak haqqında müraciəti (imzalanmış və möhürlənmiş) ən geci 31 Avqust 2017-cı il, Bakı vaxtı ilə saat 17:00-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin sürətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

      II.           Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

Müsabiqə təklifi bir əsli və 2 (tələb olunan surətlərin sayı) sürəti olmaqla 14 Sentyabr 2017-cı il, Bakı vaxtı ilə saat 14:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

   III.           Əsas şərtlər toplusunun əldə edilməsi:

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 08:00-dan 17:00-a kimi ala bilərlər.

Hesab nömrəsi:

“PAŞA BANK”,

AZ55PAHA38060AZNHC0390055931

VÖEN: 1600943181,

Müştəri  xidməti Departamenti,

Kod: 505141,

Müxbir hesab: AZ82NABZ01350100000000071944,

VÖEN: 1700767721,

SWIFT BIK: PAHAAZ22.

 

    IV.           Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 60 iş günü ərzində yerinə yetirilməsi tələb olunur.

       V.           Satınalan təşkilatın ünvanı:

AZ1031,Bakı şəhəri,Nizami rayonu,Babək pr 2269,Konfrans zalında

Əlaqələndirici şəxs:

Hüseynli Cavid

Təchizat şöbəsinin mühəndisi

+994 12 570 09 01 Daxili: 102

+994 12 570 09 02.

hcavid@socar-petroleum.az

    VI.           Elanın, satınalma predmeti haqqında geniş  məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

http://www.socar-petroleum.az/category/satinalma/

VII.            Müsabiqə təklif  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 14 Sentyabr 2017-cı il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII.            

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://www.socar-petroleum.az/butun xeberler/ 

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ  “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU

 

 

___________ şəhəri                                                                        “___”_______2017-cı il

___________ №

 

“SOCAR PETROLEUM”QSC-nin

Satınalmalar komissiyasının rəhbəri cənab Ramiz Seyidova

 

Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR PETROLEUM” QSC tərəfindən Hazırda fəaliyyət göstərən və yeni tikiləcək YDM-lərin vaxtı-vaxtında yanacağa olan tələbatını təmin etmək məqsədi ilə yük avtomobili olan yəhərli dartıcının satınalınması ilə əlaqədar elan edilmiş № 004 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı  ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığına zəmanət veririk.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

  • Əlaqələndirici şəxs: ____________________________
  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
  • Telefon nömrəsi: ______________________________
  • Faks nömrəsi: ________________________________
  • Elektron ünvan: _______________________________

 

 

________________________________                                   _______________________

                   (səlahiyyətli şəxsin A.A.S)                                                                (səlahiyyətli şəxsin imzası)

_________________________________

               (səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

 

 SATINALINAN MALIN SİYAHISI 

Yük AVTOMOBİLİ OLAN YƏHƏRLİ DARTICIYA daİr tələblər 

Sıra         № Malın adı (Marka,model) ö/v Miqdarı
1 Mercedes Benz Actros 1843 ədəd 1

 ƏLAVƏ TƏLƏBLƏR VƏ TEXNİKİ XÜSUSİYYƏTLƏRİ 

Buraxılış ili 2012 2014
Mühərrikin həcmi 10000 sm³ 12500 sm³
Getdiyi yol 0 km 650 000 km
Sürət qutusu Avtomat
Yük götürmə qabiliyyəti 25 ton 50 ton

 

 

Facebook
Facebook
YouTube
YouTube
Instagram