+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“Tour d’Azerbaidjan-2017” də ilk günün qalibi İsrail idmançısı oldu.

May ayının 3-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” veloturuna start verilib. İlk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər.

150 km məsafəni hamıdan tez İsrailin Pro-kontinental “İsrael Cycling Academy” komandasının üzvü Mikhel Raim keçib.

Bundan başqa “İsrael Cycling Academy” komandasının üzvü Mikel Raim aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb.

Facebook
Facebook
YouTube
YouTube
Instagram