+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Toğrul Seyidov YAP Nizami rayon təşkilatının sədr müavini seçilib

26 aprel 2017-ci il tarixində YAP Nizami rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları Heydər Əliyev adına Neft Emalı Zavodunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra VIII konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat videosu nümayiş etdirildi. Hesabatda bildirildi ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatı da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var.
Hesabatla bağlı çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü Dünyamalı Pənahov, rayon Rus İcmasının sədri Vitaliy Kovalyov və başqaları ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.
Daha sonar konfransın qətnaməsi səsləndirildi və təşkilati məsələlərə baxıldı.
Sədaqət Vəliyeva yenidən YAP Nizami rayon təşkilatının sədri, Toğrul Seyidov, Gülnaz İsrafilova və Ramin Əhmədov sədrin müavinləri seçiliblər. Həmçinin, Cəmiyyətimizin Təlim Tədris Mərkəzinin rəisi Tofiq Rüstəmli 77 nəfərdən ibarət Şuranın üzvü seçilib. Eyni zamanda 19 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində xidmətləri əvəzsiz olmuş və bundan sonra da yüksək olacaq: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğma, müstəqil ölkəmizin tərəqqisi, inkişafı ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması yolunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur. Qəlbimizdə daim yaşayacaq böyük öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiləşdirilməsi yolunda rayon təşkilatının hər bir üzvü öz səy və bacarığını əsirgəməyəcək”.

Facebook
Facebook
YouTube
YouTube
Instagram