+994(12) 570-09-01 office@socar-petroleum.azen|ru|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC-ə məxsus növbəti yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olmuşdur

    Bu gün Ziya Bünyadov prospektində “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendi altında fəaliyyət göstərən sayca 20-ci yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçilər və qonaqlar iştirak etmişlər.  ...
Ətraflı

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. Ümummilli lider Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Ulu Öndər 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Sənayesi Universiteti) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ulu öndər Heydər Əliyevə təhsilini...
Ətraflı

Futbol üzrə Avropa Kuboklarında SOCAR və UEFA tərəfdaşlığı

SOCAR son illərdə özünü Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərinə davamlı dəstək verən bir şirkət kimi tanıtmışdır. Şirkətin marketinq tədbirləri, bir qayda olaraq, onun biznes layihələri ilə yanaşı həyata keçirilir və yeni bazarları kəşf etmək üçün effektli vasitə kimi tətbiq olunur. Ölkə daxilində, eləcə də xaricdə SOCAR-ın marketinq tədbirlərinin əsas məqsədi gəlirlərimizi və...
Ətraflı

SOCAR-da Avropa çempionatında komanda hesabında bürünc medal qazanmış cüdoçularla görüş keçirilmişdir

Mayın 2-də SOCAR-ın Baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında uğur qazanmış cüdoçular və onların məşqçiləri ilə görüşmüşdür. “SOCAR PETROLEUM” QSC SOCAR-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibət ilə təbrik etmiş, bu nəticəni...
Ətraflı

SOCAR-ın əməkdaşlarının uşaqları üçün Almaniyada növbəti yay düşərgəsi təşkil ediləcək

SOCAR-ın işçilərinin 13-14 yaşlı övladları üçün “Uniper” (keçmiş E.ON) şirkətinin dəstəyi ilə iyunun 19-dan iyulun 3-dək Almaniyada növbəti yay düşərgəsi təşkil olunacaq. “SOCAR PETROLEUM” QSC AZƏRTAC-a istinadən bildirir ki, düşərgəyə iştirakçıların seçilməsi məqsədilə şirkətin İnsan Resursları Departamentində (İRD) test imtahanı keçirilib. Xüsusi kompyuter proqramından istifadə edilməklə keçirilən test imtahanında şagirdlərə Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üzrə...
Ətraflı

Facebook
Facebook
YouTube
YouTube
Instagram