+994(12) 570-09-01 office@socar-petroleum.azen|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Elektromobil şarj avadanlığı

“SOCAR Petroleum” QSC  öz yanacaqdoldurma məntəqələrində   müştərilərimizə yeni  xidmət təklif edir. Elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobillərin sahibləri öz avtomobillərini Bakı-Aeroport yolu üzərində Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrimizdə ultra sürətli şarj avadanlıqları vasitəsilə 15-20 dəqiqəyə tam şarj edə biləcəklər. Avadanlıqlar CHAdeMO, COMBO 2, AC TYPE mode2 standartlarını dəstəkləyir .  Bizim sürətli şarj avadanlıqları eyni anda iki avtomobili şarj edə biləcək ikili texnologiya ilə təmin edilmişdir. Dolum müddətində avadanlıq şarjın statusu müxtəlif parametrlət haqqında ətraflı məlumat ala biləcək.  Ultra sürətli şarj avadanlıqlarının quarşdırılması respublikamızda bu tip nəqliyyat vasitələrinin istifadəsinə marağın artmasına səbəb olacağına inanırıq

Cəmiyyətimiz bundan sonra da ölkə prezidentimizin tapşırığına uyğun olaraq ətraf mühitin qorunmasına, atmosferə buraxılan zərərli qaz tullantılarının minimuma endirilməsinə yönəlmiş texnologiyaların tətbiqi ilə vətəndaşalrımızı sevindirməyə davam edəcəkdir.

Facebook
Facebook
YouTube
YouTube
Instagram